“Porshe” “Maz”la toqquşdu: 2 nəfər yanaraq öldü

Bu gün saat 9:30 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində Babək prospektində “Porshe Panameira” markalı avtomobil “MAZ” markalı yük maşını ilə toqquşub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məluata görə, nəticədə “Porshe”də yanğın baş verib.

Lent.az-ın məlumatına görə, avtomobilin içində olan iki nəfər isə yanaraq ölüblər. Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın digər avtomobillərə də keçib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.
Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı 20 yaşlarında gənc oğlan və orta yaşlarında kişi yanaraq kül olub. Hazırda onların kimliyi araşdırılır.