Gənclərin sabahkı aksiyasının təşkilatçıları saat 18.00 üçün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağrılıblar. Polisə çağrılanlar AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli, Müsavat Gənclər Təşkilatının sədr əvəzi Səxavət Soltanlı, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, “Azad gənclik” təşkilatının sədri Ülvi Həsənli, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər, “Müsbət Dəyişiklik” təşkilatının sədri Rail Abbasovdur. BŞBPİ-dəki görüş zamanı prokurorluğun nümayəndəsinin iştirakı gözlənilir. Gəncləri BŞBPİ-nin rəis müavini Səhlab Bağırov qəbul edəcək. Gənclərin sözlərinə görə, onlar özləri də bu görüşdə maraqlıdır. Çünki gənclər sabahkı aksiyası dinc xarakterlidir və hər hansı təxribatın olmasına qarşıdırlar.
İnformasiya şöbəsi