ulduz fali

Günün ulduz falı (16.03.12)

QOÇ
Yaxınlarla konfliktiniz düşəcək. Neqativ hisslər yüksək olacaq. Çətin situasiyadan çıxmaq üçün yumor hissinə ehtiyacınız var. Ancaq nəzərə alın ki, yumorlarınız ikibaşlı və ironiyalı olmamalıdır. Bu sizə baha başa gələr.
BUĞA
Ulduzlar bildirir ki, istənilən münasibətlərə ciddi yanaşmalısınız. Gün yeni tanışlıq və ünsiyyət dairəsini genişləndirmək üçün münasibdir. Bu gün diqqəti cəlb edəcəksiniz. O üzdən də ətrafınızda olanlar sizinlə münasibət qurmaqda maraqlı olacaqlar.
ƏKIZLƏR
Işgüzar aləmdə dəyişikliklər gözlənilir. Şəxsi müstəvidə gərginliyin olacağı ehtimalı var. Sizin ehtiyatlılığınız və şübhələriniz yaxınlarınızın təəccübünə səbəb olacaq. Xoşbəxtlikdən heç kim sizdən inciməyəcək.
XƏRÇƏNG
Ailədə sabitliyi bərqərar edə biləcəksiniz, münasibətlər istiləşəcək. Gün maliyyə ilə bağlı sövdələşmələr üçün əlverişlidir. Əməkdaşlıqda gəlirli şərtlərə nail olacaqsınız.
ŞIR
Ailə üzvlərinizlə və dostlarınızla aranızda fikir ayrılığının olacağı ehtimal edilir. Sizin bugünkü hərəkətlərinizə ətrafdakılar xoşagəlməz reaksiya verəcəklər. Ulduzlar özünüzü tənqidlərə, iradlara hazırlamağı məsləhət görür.
QIZ
Siz ağlınıza belə gətirmədiyiniz uğurlara nail olacaqsınız. Bu gün bürcün nümayəndələri üçün çox uğurlu gündür. Çalışın, bu günün açdığı imkanlardan səmərəli istifadə edəsiniz.
TƏRƏZI
Bu gün çox cazibədar olduğunuzdan nə köhnə dostlarınız, nə də yeni tanışlarınız buna biganə qalacaqlar. Gün ünsiyyət,  şənliklər və məclislərin ziyarəti baxımından dəyərlidir.  Təbii ki, təşkilatçılıq təşəbbüsündə olmadığınızdan bu işi başqaları görəcək.
ƏQRƏB
Gün daha çox restorana getmək və ən yaxın adamınızla təmasda olmaq üçün münasib gündür. Çalışın, özünüzə istirahət üçün vaxt ayırasınız. Bir neçə dəqiqəlik musiqiyə qulaq asmaq, gəzintiyə çıxmaq – bunlardan özünüzü məhrum etməyin.
OXATAN
Yaxınlarınız sizinlə fəxr edəcəklər. Siz də bundan məmnun olacaqsınız. Sevinəcəksiniz ki, ən yaxınınızın etimadını doğrultmusunuz. Gün yeni romantik macəralar üçün əlverişsizdir, amma çoxdan təməli qoyulan münasibətlər baxımından dəyərlidir.
OĞLAQ
Gün xoş dəyişikliklərlə yadd    a qalacaq, həyatınıza yeni sevinc qatacaq. Ulduzlar bildirir ki, gün böyük məbləğli alış-veriş və planlaşdırdığınız ailəvi istirahət üçün də münasibdir. Sevgililər isə münasibətlərini rəsmiləşdirmək üçün yeni mərhələyə qədəm qoyacaqlar.
DOLÇA
Yeni işdə uğur qazanacağınız gözlənilir. Gözlənilməz və parlaq dəyişiklik edəcəksiniz. Diqqəti çəkməkdən qorxmayın. Bu nə qədər çox olsa, bir o qədər sizin xeyrinizədir. Əhatənizdə sizə maddi köməklik vəd edənlər tapılacaq. Çox da etibar etməyin, öncə dəqiqləşdirin ki, bu gəlirin əvəzini nə ilə ödəyəcəksiniz.
BALIQLAR
Yaxşı olardı ki, ailənizlə məşğul olasınız. Böyüklərə ehtiram, uşaqların sağlamlığıyla maraqlanmaq yerinə düşərdi. Təəssüf ki, şəxsi arzularınızı gerçəkləşdirməyə nə zaman, nə də gücünüz qalacaq. Lakin bu gün buna heyfslənməyəcəksiniz.