Əfqanıstanda vertolyotun düşməsi nəticəsində ilkin mənbələrə görə 16 nəfər həlak olub. Reuters agentliyinin yerli polisə istinadən verdiyi xəbərə görə türk hərbçilərindən və yerli əhalidən ölənlər var. Vertolyot Bəqram ərazisində qəzaya uğrayaqraq yaşayış binasının üstünə düşüb. Türk ordusunun Baş Qəraragahı qəza nəticəsində 12 əsgərinin öldüyü xəbərini verir. NBC kanalının məlumatına görə daha iki qadın və iki uşaq həlak olub. Hadisə yerində üsyançılara rast gəlinməyib. Əfqan polisi qəzanın texniki nasazlıq nəticəsində baş verdiyini deyir. Hal-hazırda Əfqanıstanda 1800 türk hərbçsisi xidmət keçir.