Ruslan Bəşirli AZADLIQda (həbsdən sonrakı ilk fotosu ilə)

Vaxtilə nəinki Azərbaycanda, ölkədən kənarda belə populyarlıq qazanan “Yeni Fikir” Gənclər Hərəkatının sədri olmuş Ruslan Bəşirli 7 ilə yaxın siyasi məhbus həyatı yaşadıqdan sonra martın 15-də ölkə başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Bəşirli sərəncam elan ediləndən bir neçə saat sonra həbsxanadan buraxılıb. Onu yaxınları və dostları, o cümlədən bəzi AXCP fəalları qarşılayıb. Bakıda yaxınlarından birinin evinə yerləşən Ruslanla ilk görüşə gedənlər içərisində “Azadlıq” qəzetinin əməkdaşları da olub. Bəşirlinin 7 illik fasilədən sonra azadlıqda ilk şəklini də elə əməkdaşlarımız çəkərək Facebook-da yayıb.

Kollektivimiz adından Ruslan Bəşirliyə və ailə üzvlərinə, doğmalarına bir daha gözaydınlığı verərək onun həbsxana həyatından sonra çəkdirdiyi ilk fotonu sizlərlə də paylaşırıq.