Filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev 82 yaşında dünyasını dəyişib. AMEA-dan Milli.Az-a verilən məlumata görə, akademikin gecə saatlarında qəflətən vəziyyəti pisləşib və dünyasını dəyişib.
Vida mərasimi AMEA-da keçiriləcək. Hələlik vida mərasiminin dəqiq vaxtı məlum deyil.
Xatırladaq ki, bir müddət əvvəl B. Nəbiyevin nəvəsi avtomabil qəzasında faciəli şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, B.Nəbiyev Azərbaycanın birinci ədəbiyyat tarixçisi və peşəkar tənqidçisi Firidun bəy Köçərli (1863-1920) haqqında ilk və hələlik yeganə mükəmməl monoqrafiya yazıb. Akademik “Şərəfli əməyə görə” yubiley medalı, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, “Xalqlar dostluğu” ordeni, “Əməkdar elm xadimi”, “Şöhrət” ordeninə layiq görülüb.


