Martın 15-nə keçən gecə Bakının sürüşməyə ən çox meylli olan ərazisi – Bayıl qəsəbəsində sürüşmə hadisəsi baş verib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, qəsəbənin Cənub Dərə küçəsində baş vermiş sürüşmə nəticəsində qoruyucu panellər aşıb, yol bağlanıb.
Sürüşmə əsasən küçədə yerləşən avtomobil dayanacağının ərazisini əhatə edib. Keçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Əraziyə vəzifəli şəxslər gəliblər.
Sakinlərin bildirdiyinə görə, sürüşmənin əsas səbəbi kanalizasiya sularının idarə olunmaması və əraziyə axmasıdır. Nəticədə keçən il sürüşməyə qarşı yerləşdirilmiş beton panellər də aşıb.