Türkiyənin tanınmış müğənnisi Ebru Gündəşlə evli olan azərbaycanlı iş adamı Rza Zərrab həyat yoldaşına qiymətli hədiyyə edib. Bia.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Rza Zərrab arvadına “Porsche 911 Turbo S Cabriolet” bağışlayıb. Çılğın hədiyyənin qiyməti nə az, nə çox düz 360 min avro dəyərindədir.
Qeyd edək ki, R. Zərrab daha öncə də Ebru Gündəşə toy hədiyyəsi olaraq 520 min lirə (təqribən 260 min manat) dəyərində olan “BMW 7.60”, ardınca isə 340 min avroluq “Aston Martin DB9” hədiyyə edib.