Türkiyəli yazar vicdan məhbuslarımız üçün çağırış etdi

Cahit Kılıç Türkiyə və dünya icitimaiyyətinə səsləndi

Türkiyənin tanınmış yazarlarından Cahit Kılıç Azərbaycanda vicdan məhbuslarının, eləcə də jurnalist Əvəz Zeynallının həbsdən azad edilməsi tələbilə kampaniyaya başlamaq çağırışı edib. Yazar sonuncu köşə yazısında (haberx.com) bu mövzuya yer ayıraraq Türkiyə və dünya ictimaiyyətinə səslənib.
“Başda Türkiyə olmaqla, beynəlxalq cəmiyyəti, qeyri-hökumət təşkilatlarını və insan haqqları müdafiəçilərini Bakı zindanlarındakı azad düşüncə məhbuslarının azadlıqlarına qovuşmaları üçün səy göstərməyə çağırıram.

Ötən oktyabr ayı ərzində əvvəl qəzetinə basqın edilən, gecənin bir yarısında qəzetə aid bütün mal varlığına əl qoyulan, daha sonra da bir böhtanla tez-tələsik həbsə atılan, 3 aylıq istintaq müddəti bitmədən 3 aylıq istintaq müddəti də əlavə edilən Əvəz Zeynallının;
Beynəlxalq Amnistiya təşkilatının “vicdan məhbuslar” elan etdiyi, başda Arif Hacılı olmaqla, kimisi AXCP üzvü, kimisi Müsavat Partiyası mənsubu və ya səlahiyyətlisi digər yoldaşlarının və onlarla, yüzlərlə azad düşüncə məhbuslarının, insan hüquqları fəallarının, eləcə də Nemət Penahlı kimi çox bəsit bir cinayət bəhanəsi ilə qatilə bərabər  rəftar görən nə qədər siyasi şəxsiyyətin səsini bütün dünyaya duyurmağa çağırıram sizləri.
Despotik bir rejimin zülmünə qarşı azad düşüncəni ifadə sevdalısı olan, “insanam” deyən, “insanam” deyə bilən hər kəsi Azərbaycandakı totalitar rejimə reaksiya göstərməyə, qardaş ölkədəki məhbusların səsi olmağa çağırıram”, – deyə Cahit Kılıç köşə yazısında qeyd edir.

KÖŞƏ YAZISINI OXUMAQ ÜÇÜN DAXİL OL