“Təəssüf ki, bu ittihamlar bizə dost olan ölkənin parlament tribunasından səsləndirilib”
Rusiya Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin Azərbaycana səfəri zamanı Milli Məclisdə çıxışında Rəsmi Moskvnın ünvanına səsləndirdiyi ittihamlara cavab verib. XİN-nin mətbuat və informasiya departamentinin direktor müavini Mariya Zaxarova Gürcüstan prezidentinin çıxışını şərh edərək bildirib ki, Saakaşvilinin səsləndirdiyi fikirlər bir-biri ilə əlaqəsi olmayan cəfəngiyyatlardır. Nazirlik rəsmisi Azərbaycan parlamentinin tribunasında Saakaşviliyə Rusiyanın ünvanına ittihamlar səsləndirməsi üçün imkan yaradılmasından təəsüfləndiyini bildirib:“Bizim ölkəyə və onun vətəndaşlarına əsl münasibət Saakaşvilinin bu yaxınlarda Bakıdakı çıxışında açıq ortaya çıxdı. Gürcüstan prezidenti düşmənçilik hisslərinə qapanaraq post sovet ölkələrinin bütün xalqlarını Rusiya ilə mübarizə aparmaq üçün birləşmək çağırışı etdi. Təəssüf edirəm ki, bu ittihamlar bizə dost olan ölkənin parlament tribunasından səsləndirilib”.
İnformasiya şöbəsi


