Ərdoğan çıxış edərkən nazir kağızdan “təyyarə” düzəldirmiş

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında yaşanan qəribə bir mənzərə jurnalistlərin diqqətini cəlb edib. Belə ki, AKP sədri, baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edərkən təhsil naziri Ömər Dinçərin kağızdan uçaq düzəltdiyi obyektivlərə tuş gəlib. Çıxışa qulaq asan nazir onun ən alovlu yerində kağız parçasını götürərək “təyyarə” düzəltməyə başlayıb və jurnalistlər bu mənzərəni qeydə alaraq yayımlayıblar.

Foto: milliyet.com.tr