ulduz fali

Günün ulduz falı (14.03.12)

QOÇ

Enerjiniz sərhədsizdir, amma ürəyiniz istəyən məşğuliyyəti tapmırsınız. Nəticədə bürcün bir çox nümayəndələri vaxt itkisinə yol verəcəklər. Şəxsi müstəvidə dəyişikliklər etməyə təşəbbüs göstərəcəksiniz.

BUĞA

Çox uğurlu və maraqlı gündür. Bürcün əksər nümayəndələri üçün gün qiymətli hədiyyə almaqla yadda qalacaq. Şəxsi müstəvidə də vəziyyət ürəkaçan olacaq. Bu müstəvidə nə baş verəcəksə, yaxşılığa doğru olacaq.

ƏKIZLƏR

Əldə etməyə çalışdığınızı günün birinci yarısında alacaqsınız. Gün boyu enerjili, həyatsevər olduğunuz üçün yorulmayacaqsınız. Gün romantik tanışlıq baxımından əlverişlidir. Bu müstəvidə münasibətlər xoşbəxt notlar üzərində köklənəcək.

XƏRÇƏNG

Siz yeni, daha maraqlı iş arzusundasınız. Bu gün çox çalışmalısınız. Günün ikinci yarısı yaxınlarla aranızdakı xoş münasibətlə bağlı olacaq. Bu zaman kəsiyində küskünlük və anlaşılmazlıqdan iz qalmayacaq.

ŞIR

Pul baxımından çətinliyiniz olacaq. Sizə elə gələcək ki, pullarınız naməlum istiqamətdə yoxa çıxır və sürətlə azalmağa doğru gedir. Bu problemin qarşısını almaq üçün ilk növbədə böyük xərc tələb edən planlarınızı təxirə salın.

QIZ

Əla gündür. Kifayət qədər gücünüz var. Bu isə o deməkdir ki, hələ çox iş reallaşdıra bilərsiniz. Gün daha çox kommersiya məqsədli fəaliyyət üçün məhsuldardır. Bu gün imzalanan sövdələşmələr gəlir gətirəcək.

TƏRƏZI

Bir balaca təmkinli olmağınız tövsiyə olunur. Çünki gün xırda anlaşılmazlıqla bağlıdır. Çalışın ki, özünüzdən çıxmayasınız. Neqativ emosiyalar sizi düşünülməmiş addımlar atmağa sövq edəcək. Bu gün sizin üçün aydın olan məsələləri təkrar şərh etməyə ehtiyacı olmayan kəslərlə ünsiyyətdə olun.

ƏQRƏB

Sizin üçün çətin olacaq. Gün köhnə problemin qayıdışıyla bağlı olacaq. Bu dəfə isə onu görməmək mümkün olmayacaq. Bir sözlə, reallıqla hesablaşmaq lazımdır. Ulduzlar bu gün artıq əşyalardan canınızı qurtarmağı məsləhət görür.

OXATAN

Çətin gündür. Demək olar ki, həftənin ən xoş olmayan günüdür. Aldığınız xəbər sizi pis vəziyyətə salacaq. Başqalarının rifahı naminə öz planlarınızı qurban verəcəksiniz. Məsrəflər də az olmayacaq.

OĞLAQ

Yaxınlarınızdan birinin düşünülməmiş və təhlükəli hərəkəti sizi narahat edəcək. Öz işləriniz barədə düşünməyə isə vaxt qalmayacaq. Əgər kommersiya işilə məşğulsunuzsa, onda ehtiyatlı olun. Böyük ümid bəslədiyiniz danışıqlar gözlənilmədən mənasız səbəb üzündən pozula bilər.

DOLÇA

Günün hadisələri sizi sevindirəcək. Pulla bağlı istənilən manipulyasiya üçün əla zamandır. Alış-veriş, sövdələşmə imzalamaq üçün əlverişli gündür. Bürcün bir çox nümayəndələri gəlirlərini artırmaq üçün yeni üsul tapacaqlar.

BALIQLAR

Bu gün aza qane olmayın. Gün, doğrudan da böyük qələbələr gətirəcək. Düzgün qərar vermək üçün kifayət qədər təcrübəyə və biliyə sahibsiniz. Hisslərinizə etibar edin, o, sizə yaxşını pisdən ayırmaqda kömək edəcək.