Suriya diktatoru BMT-nin keçmiş rəhbərinin təkliflərini qəbul etməyib
Rəsmi Dəməşq BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın təkliflərinə rədd cavabı verib. Suriya diktatoru Bəşər Bəşər Əsəd Kofi Annanın bu ölkədə axan qanın dayandırılması üçün irəli sürdüyü təkliflərini qəbul etməyib. Bəşər Əsədin mövqeyi Kofi Annanın ötən gün Ankarada suriyalı müxalifət nümayəndələri ilə görüşündən sonra açıqlanıb. Verilən məlumata görə, Bəşər Əsəd Kofi Annanı Ərəb Ölkələri Liqasının təmsilçisi kimi tanımadığını bildirib. Bundan başqa, Suriya rəhbəri müxalifət qrupları silahı yerə qoyanadək bir addım atmayacaqlarını bəyan edib.
azadliq.info


