ABŞ Səudiyyə Ərəbistandan neft hasilatını artırmasını istəyib. Məqsəd İrana tətbiq edilən sanksiyalar səbəbilə azalan neft daşınmalarını kompensasiya etməkdir. Səudiyyə Ərəbistanı yeganə ölkədir ki, neft hasilatını artıraraq dünya bazarında yaranmış neft qıtlığını aradan qaldıra bilər. Ancaq krallıq bazarda tələbat yarandığı halda hasilatı artıra bilər. Məlumata görə bu barədə danışıqlar hələ iyul ayında aparılıb. Səudiyyə Ərəbsitanı tələbi qarşılaya biləcəyini, amma siyasətə qarışmaq istəmədiyini bildirib. Ölkə neft hasilatını sutkada 11,4-11,8 milyon barrelə çatdıra bilər. 90 gün ərzində isə bu miqdarı sutkada 12,5 milyon barrelə çatdırmaq gücündədir.Konqresdəki demokratlar Obama administrasiyasını Amerikanın strateji neft ehtiyatlarından istifadə etməyə çağırırlar. Seçki qabağı ölkədə benzinin qiymətini aşağı salmaq ehtiyacı var. Bu arada Yaponiya İranla iqtisadi münasibətlərini davam etdirəcəyini bildirib. ABŞ və Avropanın İrana tətbiq etdiyi sanksiyalara baxmayaraq İrandan neft daşınmaları davam edəcək.
azadliq.info


