Almaniya XİN başçısı Bakıda müxalifətlə görüşəcək

Almaniyanın xarici işlər naziri Qido Vestervell Cənubi Qafqaz turnesi çərçivəsində bu gün Azərbaycana gələcək.Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Qido Vestervell Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşü planlaşdırılır. Səfər martın 15-də başa çatacaq. 

Almaniya XİN başçısının martın 15-də Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının sədrləri Əli Kərimli və İsa Qəmbərlə də görüşü nəzərdə tutulur.