Türkiyə Suriyadan neft idxalını dayandırdı

Türkiyə Suriyadan neft idxalını dayandırıb. Hər il Suriyadan 300 min ton xam neft ixrac edən Türkiyə bunun qarşlığında Bəşər Əsəd rejiminə 200 milyon dollar pul ödəyirdi. Keçən ilin mart ayından “Ərəb baharı” ilə başlayan hadisələr Suriyada vətəndaş müharibəsinə çevrilincə, Türkiyə sanksiyalar tətbiq etməyə başlamışdı. Sanksiyalar əslində sentyabr ayından qüvvədədir. Nəticə olmayınca idxalın tam dayandırılmasına qərar verilib.