İsveç “Eurovision”çuları Bakıya mahnı həsr etdi (VİDEO)

İsveçin “Eurovision-2012” milli finalında Bakıya həsr olunan mahnı ifa edilib. Xəbəri “eurovision.az” saytı yayıb.

Sayt bildirir ki, İsveçin Eurovision- 2012 təmsilçisinin seçildiyi «Melodifestivalen»in finalı maraqlı açılışla yadda qalıb. Aparıcıların İsveçli fanları «Eurovison 2012»yə – Bakıya dəvəti maraqlı şou ilə müşayiət olunub. «Bakı, Bakı» ifa edən aparıcılar Bakıya sevgilərini tamaşaçılarla bölüşüb.

Mahnıda deyilir: «İşlərimizi bir kənara qoyub hamılıqla mayda Bakıya getməliyik. Milli finalımız başa çatan kimi Şərqə doğru – Azərbaycana, Eurovision qalibləri Ell və Nikkinin vətəninə getməliyik».
Saytda həmçinin Bakıya həsr edilmiş mahnının videosu da yer alıb.