Sabir Rüstəmxanlı Ziya Məmmədovla quda olur

Bu gunlərdə xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının nişan mərasimi baş tutub. “publika.az” saytının yaydığı məlumata görə, Sabir və Tənzilə Rüstəmxanlılar nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızını özlərinə gəlin seçiblər.

Nişan mərasimi bu günlərdə Z.Məmmədovun qardaşı İldırım Məmmədovun yaşadığı Ucar rayonunda baş tutub. Bildirilir ki, Rüstəmxanlıların gələcək gəlini Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı ali təhsilini Şimali Kipr Türk Cümhuriyyətində almış hüquqşünasdır və hazırda aktiv ictimai fəaliyyətlə məşğul olur.