Messi Ronaldonu 10 top qabaqlayır

“Barselona”nın və Argentina yığmasının üzvü Lionel Messi bu mövsüm vurduğu topların sayını 50-ə çatdırıb.

24 yaşlı futbolçu bu göstəriciyə 43 oyunda nail olub. Messi La-liqada 30, İspaniya kubokunda 2, İspaniya Superkubokunda 3, UEFA Çempionlar Liqasında 12, UEFA Superkubokunda 1, Klublararasın Dünya Çempionatında isə 2 top vurub. Dünyanın ən yaxşı futbolçusu bu görüşlərdə 20 məhsuldar ötürmə verib. Messi bu mövsüm daha 4 top vurarsa karyerasının ən məhsuldar mövsümünü keçirmiş olacaq.

“Real Madrid”in forvardı Kriştiano Ronaldo isə mövsüm ərzində 40 dəfə fərqlənib. La-liqada 32 top vuran portuqaliyalı İspaniya kubokunda 3, Avrokuboklarda 5 dəfə fərqlənib. 27 yaşlı futbolçu 38 oyunda meydana çıxıb (qafqazinfo).