Əli Əhmədov Berluskoni ilə görüşüb

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov İtaliyadadır. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətini səfərə İtaliyanın keçmiş baş naziri, “Popolo della Liberta” Partiyasının sədri Silvio Berluskoni dəvət edib.
Əli Əhmədov martın 12-də Milanda Berluskoni ilə görüşüb. Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin indiki durumu, YAP-la “Popolo della Liberta” arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Əli Əhmədovla birlikdə səfərə deputatlar Asəf Hacıyev və Azər Kərimli gedib. Azər Kərimli həm də Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəridir.