QOÇ
Gün xoş xəbər gətirəcək. Ümumilikdə hadisələrin gedişatı yaxşı olacaq. Yeganə narahatlıq tez hərəkət etməklə bağlı olacaq. Bu gün proseslər sürətlilik tələb edəcək.
BUĞA
Rəqibləriniz sizə həsəd aparacaqlar, müttəfiqləriniz isə sizi özlərinə lider seçəcəklər. Bugünlərdə yuxu kimi görünən planınızı reallaşdıracaqsınız.
ƏKIZLƏR
Elə bir situasiyaya düşəcəksiniz ki, işgüzar maraqlarınızla dostlara yardım arasında seçim etməli olacaqsınız. Bu baxımdan daxili sakitliyi qorumaq çətin olacaq. Qayğılarınızla bağlı yükü başqalarının çiyninə atmaq isə başucalığı gətirməz.
XƏRÇƏNG
Güclü pozitiv tendensiyalardan istifadə etməyə tələsin. Çünki axşam həmin təəssüratlar olmayacaq. Bu gün istənilən görüşü reallaşdıra bilərsiniz. Hesabla bağlı işlərə gəlincə, burada diqqətli olmaq gərəkir.
ŞIR
Yenilikdən qorxmayan “Şir”lər üçün uğurlu gündür. Şəxsi müstəvidəki məsələlərə gəlincə, ulduzlar başqalarına da təşəbbüs göstərmək üçün yol verməyinizi məsləhət görür. Bu gün gələcəklə bağlı plan qura bilərsiniz.
QIZ
Ehtiyatlı olun. Ağzınızdan çıxan hər kəlməni senzurdan keçirin, çünki məhz bu gün dedikləriniz sabah sizə qarşı istifadə oluna bilər. Yaxınlarınıza qarşı da mehriban və sayqılı olun, onların səbr kasalarının daşmasına imkan verməyin.
TƏRƏZI
Ən darıxdırıcı işlər belə, bu gün maraqlı görünəcək sizlərə. Sizinlə tanış olmağa can atan var. Onunla romantik əlaqələr qurmağa tələsməyin. Qarşı tərəfin məsələyə ciddi yanaşmasından tam arxayın olandan sonra hərəkətə keçin.
ƏQRƏB
Bu gün o qədər nikbinsiniz ki, bədbinlik bataqlığında batanlar sizdən yardım umacaq. Nə işlə məşğul olmalarından asılı olmayaraq, bürcün nümayəndələri öz şən əhval-ruhiyyələrini hamıyla paylaşacaqlar.
OXATAN
Özünüzü yoxlamaya hazırlayın. Ehtimal ki, mötəbər şəxslərdən biri sizin işinizi imtahana çəkəcək. Reallaşdıra bilməyəcəyiniz məsuliyyəti öz üzərinizə götürmək ehtimalı da istisna deyil. Çoxlu məsləhətlər eşidəcəksiniz.
OĞLAQ
Müxtəlif işlərin arxasınca qaçmaqdan yorulacaqsınız. Amma bürcün nümayəndələri bundan həzz alacaqlar. Sizə olan tələbatdan fərəhlənərək qarşınıza çıxan çətinlikdən qorxmayacaqsınız.
DOLÇA
Bu gün “Dolça”ların yeganə düşməni fikrinin yayınmasıdır. Eyni vaxtda bir neçə işi əlinizə götürməyin. Bir işdən digərinə keçid etmək çətin olacaq. Ehtimal ki, maddi durumunuz yaxşılaşacaq.
BALIQLAR
Axşamüstü fəxrlə bugünkü hadisələrdən söhbət açacaqsınız. Sizin uğurlarınız bəzilərini qəzəbləndirəcək. Istənilən başlanğıc üçün uğurlu gündür. Son aylar reallaşdırmağa çalışdığınız işə bu gün start verəcəksiniz.