
AXCP Beyləqan şöbəsinin Məclisinin iclası keçirilib. Bu barədə qəzetimizə şöbənin sədri Eltural Mürsəlzadə məlumat verib.
Onun sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və şöbənin rayonda mitinq keçirməsi müzakirə mövzusu olub. Müzakirələrin sonunda Beyləqan şöbəsinin aprelin 8-də rayonun mərkəzində sosial tələblərlə mitinq keçirməsi barədə qərar qəbul edilib.


