ABŞ müttəfiqləri ilə məsləhətləşmələr aparır
ABŞ hökuməti Suriyaya hərbi müdaxilə üçün müttəfiqləri ilə məsləhətləşmələrə başlayıb. Bu barədə bir sıra Amerika media quruluşları adlarının gizli saxlanmasını istəyən rəsmi şəxslərə istinadla xəbər yayıb.
Məlumata görə, “dinc əhalinin müdafiəsi” devizi ilə keçiriləcək əməliyyatlar üçün bu variantlar nəzərdən keçirilir:
Uçuşa qadağa zonanın tətbiqi;
Humanitar dəhlizin hərbi müdafiəsi;
Təhlükəsizlik zonasının yaradılması.
Əməliyyatlar Suriyanın Türkiyə ilə sərhəd bplgəsindən başlamalıdır.
Məqsəd Əsəd rejiminə qarşı savaşan müxalifətə birbaşa dəstək verməklə rejimin devrilməsinə nail olmaqdır.
Məlumatlara görə, hələlik hərbi əməliyyatların müddəti, miqyası və tətbiqi forması ilə bağlı müttəfiqlər arasında yekdil fikir yoxdur. Məsləhətləşmələr davam etdirilir.
ABŞ-ın məhz hansı müttəfiqləri ilə məsləhətləşmə apardığı açıqlanmır.
azadlıq.az


