Keçmiş deputatın polis qardaşı oğlu kazinoda tutuldu

Mayor Vüqar Həsənov bu əməlinə görə polis sıralarından qovulub

Sabiq millət vəkili Aydın Həsənovun qardaşı oğlu polis sıralarından qovulub. “Qafqazinfo”nun məlumatına görə, sabiq deputat Aydın Həsənovun qardaşı oğlu, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində sahə rəisi işləyən, 45 yaşlı mayor Vüqar Həsənov kazinoda yaxalanıb. Polis peşəsi adına sığmayan əməl törətdiyinə görə V.Həsənov polis sıralarından uzaqlaşdırılıb.

Qeyd edək ki, A. Həsənov özü də rütbə daşıyıcısı olub. O, deputatlıqdan əvvəl hərbçi kimi vəzifədə çalışıb.