ADS etiraz aksiyalarının dağıdılması üçün ideal vasitədir.

Amerika hərbi mühəndisləri yeni nəsil – “zədəsiz” silah hazırlayıblar. Silahdan polis və hərbi əməliyyatlar zamanı minimal zərbə yetirlməsi üçün istifadə olunacaq. Qısaca adı ADS olan ixtiraya “Raytheon” şirkəti “mikrodalğalı top” adı verib. Bir neçə il əvvəl prototipi nümayiş etdirilən silah artıq kütləvi istehsala hazırdır. “Mikrodalğalı top”un nümayişi ABŞ ordusunun Virciniya ştatındakı hərbi bazasında keçirilib. Mitinq iştirakçılarını imitasiya edən hərbçilər silah zərbəsinin ilk qurbanları olub. İstilik dalğası idarə olunan zirehli hərbi maşından kütləyə şüa vasitəsilə endirilir. Zərbəni görmək mümkün deyil, ancaq hiss etmək olar. Hədəf eyni zamanda elektrik cərəyanı zərbəsi alır. ADS-in ən önəmli xüsusiyyəti zorakı güc tətbiqinə qarşı alternativ vasitə olmasıdır. Mütəxəssilərin dediyinə görə, ADS etiraz aksiyalıarının dağıdılması üçün ideal vasitədir. Rezin güllələrdən və gözyaşardıcı qazdan fərqli olaraq bu silah insan sağlamlığı üçün qətiyyən təhlükə yaratmır. Elktromaqnit impuls nəticəsində buraxılan “istilik dağası” insan bədənində yanıq izləri qoymur.
azadliq.info


