Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti idarə heyətinin toplantısı kecirilib. “Media forum” saytına verilən məlumata görə, cəmiyyətin fəaliyyətdə olan sədri dəyişib. Nurəddin Mustafayevin yerinə politoloq Eldar Namazov seçilib.
Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Cəmiyyət ölkədə siyasi məhbusların olmasından narahatlığını ifadə edib və problemi kökündən həll etmək üçün hakimiyyəti Novruz bayramı, mayda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində geniş amnistiya tətbiq etməyə çağırıb. Qeyd olunub ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus siyahısına saldığı bütün şəxslər, o cümlədən keçmiş nazirlər Əli İnsanov, Fərhad Əliyev və onların işi ilə bağlı məhküm olunmuş şəxslər, 2 aprel məhbusları, gənc fəalları, hicab dustaqları azadlığa buraxılmalıdır.