Bu gün səhər saat 08:00 radələrində Bakının Nizami rayonu ərazisində sərnişin avtobusu aşıb. Nizami rayon Polis İdarəsinin müstəntiqi Abbas Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Nizami rayonu Şərifli küçəsi 74 ünvanında baş verib.
Belə ki, Suraxanı rayonundan şəhər istiqamətinə hərəkət edən Fərhad Hüseynovun idarə etdiyi 191 saylı sərnişin avtobusu aşıb. Nəticədə 5 nəfər sərnişin xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Qəzanın baş verməsinə səbəb yoxuşa qalxarkən avtobusda tarazlığın pozulması və yolun sürüşkən olması olub.
Faktla bağlı araşdırma aparılır.


