ABŞ Müdafiə naziri Leon Panettanın “Amerika İranın nüvə obyektələrinə “supersilah”la zərbə endirə bilər” çıxışına islam respublikasının alimləri “superbetonu yaratdıq” cavabı veriblər. Betonun tərkibinə kvars tozu, xüsusi liflər qatılmaqla olduqca möhkəm və yüksək təzyiqə davamlı material hazırlanıb. Belə beton yeraltı nüvə obyektlərini istənilən raket zərbələrindən qoruma gücünə malikdir. Yerli informasiya mənbələrinin verdiyi məlumata görə, beton “İran düsturu” əsasında yaradılıb. İxtiranın dünyada bənzəri yoxdur və bu Vaşinqtona əlavə başağrısı yaradacaq. “Superbeton” sülh təyinatı ilə yaradılıb, ancaq hərbi müdafiə məqsədilə istifadə edilə bilər. azadliq.info


