Almaniyanın xarici işlər naziri Bakıya gəlir

Almaniyanın xarici işlər naziri Qido Vestervelle Cənubi Qafqaz turnesi çərçivəsində martın 14-də Azərbaycana gələcək.Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Qido Vestervelle Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşü planlaşdırılır. Səfər martın 15-də başa çatacaq. Almaniyanın xarici işlər naziri daha sonra Gürcüstan və Ermənistana səfər edəcək.