Kürdəmirdə 87 yaşlı qadın evində yanaraq öldü

Bu gün Kürdəmir rayonunun Xəlifə kəndində faciəli hadisə baş verib.

Kürdəmir Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Xəlifə kəndində ev yanıb. Kənd sakini, 1925-ci il təvəllüdlü Kərimova Çimən Rəhim qızı evində yanaraq ölüb. Yanğın söndürülüb, 87 yaşlı qadının cəsədi evdən çıxarılıb.