Kəmaləddin Heydərovun oğlu Fransada ofis açdı

Martın 7-də Avropa Azərbaycan Cəmiyyəti Fransada ofis açıb. Ofis Parisin diplomatik rayonunun yaxınlığında, 18-ci əsrin abidəsi olan “Maison des Polytechniciens” otelində yerləşir. AAC-dən APA-ya verilən məlumata görə, açılış mərasimində 300-dən çox qonaq iştirak edib.
Onlar Azərbaycanın mədəniyyətini, təbiətini, landşaftını təsvir edən foto-sərgiyə baxıblar. Cəmiyyətin Fransa ofisinin rəhbəri Eliza Piter təşkilatın fəaliyyəti və Fransa ofisinin məqsədləri barədə danışaraq bildirib ki, cəmiyyət Azərbaycanı Fransa xalqına yaxınlaşdırmaq istəyir. O deyib ki, Azərbaycan və Fransa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumu prinsipləri bölüşürlər. AAC sədri və təsisçisi Tale Heydərov Fransa və Azərbaycanı birləşdirən bağlardan danışıb, Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Dağlıq Qarabağa səfərini xatırladıb.