QOÇ
Düşmənlər üzərində qələbə çalmaq, yeni mövqeyə doğru irəliləmək baxımından uğurlu gündür. Günün maraqlı tərəflərindən biri də budur ki, vaxtilə sizinlə razılaşmayan adamlarla əməkdaşlıq edəcəksiniz. Onlarla yaxşı dil tapacaqsınız. Əvvəlkindən fərqlənən, narahatlıq gətirməyəcək yeni macəranın başlanacağı da istisna deyil.
BUĞA
Yaxşı olar ki, hər xırda məsələni özünüzə dərd etməyəsiniz. Qohum qadınlarla, rəfiqələrlə ünsiyyət qurmaq bu gün asan olacaq. Siz vahid maraq ətrafında birləşəcəksiniz deyə, vaxtın necə keçəcəyinin fərqinə varmayacaqsınız. Günün ikinci yarısı teatra getmək, gəzintiyə çıxmaq üçün münasib zamandır.
ƏKIZLƏR
Günün emosional mənzərəsi uğurlu deyil, bu səbəbdən də həyatınızdan razı qalmayacaqsınız. Günün ikinci yarısı ünsiyyət qurmaq üçün əlverişli vaxtdır. Şən və həyatsevər şəxslərin əhatəsində keçirdiyiniz zamanda qara fikirlərdən uzaqlaşacaqsınız. Uğurlu alış-veriş sizi gözləyir.
XƏRÇƏNG
Ətrafdakıların münasibəti sizi sevindirəcək. Diqqət və qayğı ilə əhatə olunacaqsınız. Istəkləriniz diqqətdən kənarda qalmayacaq. Yeri gəlmişkən, onlar bunu lazımı anda gerçəkləşdirəcəklər. Təəssüf ki, günün ikinci yarısında sizə pis mənada həsəd aparanların sayı çoxalacaq.
ŞIR
Xoşbəxtlik quşunun başınıza qonacağına ümid etməyin. Bunun üçün çalışmaq lazımdır. Günün ikinci yarısı kifayət qədər şən, canlı və parlaq keçəcək. Ehtimal ki, gözləmədiyiniz adamın gəlişi sizi sevindirəcək. Gün yaradıcılıq eksperimentləri baxımından da əlverişli hesab olunur.
QIZ
Mübahisələrdən sonra barışıq və ya danışıqlar aparmaq üçün münasib gündür. Əgər kimlərləsə son zamanlar dil tapa bilmirsinizsə, fikir ayrılığına son qoymaq üçün bu gününüzdən istifadə edin. Günün ikinci yarısında konflikt yaranacağı gözlənilir. Güzəştə getmək yetərli olmayacaq deyə, nəyisə qurban verməli olacaqsınız.
TƏRƏZI
Yaxınlarınızın qayğısına qalmaq öz problemlərinizi həll etməyə mane olur. Bu heç də pis deyil, çünki ən azı, bəhrəsiz düşüncələrdən uzaq olaraq, faydalı işlə məşğul olacaqsınız. Ehtimal ki, qonaq çağırılacaqsınız. Bu gün səhhətinizə fikir verin. Ehtimal ki, əsəb gərginliyinin nəticəsidir bu.
ƏQRƏB
Uğursuz gündür. Siz depressiyaya düşmüş əhvalınızın əsirinə çevriləcəksiniz. Ətrafdakılar sizi sevindirməyə çalışacaqlar, amma bu, onlarda alınmayacaq. Əksinə, yaxınlarla aranızda konflikt düşəcək. Siz öz davranışınıza fikir vermirsiniz, ancaq başqalarını nəzakətsizlikdə ittiham edəcəksiniz.
OXATAN
Çətinliklər gündən-günə artır. Buna baxmayaraq, siz onların öhdəsindən gələcəksiniz. Yaxınlarla münasibətiniz heç də yaxşı olmayacaq. Münaqişə yaşanmasa da, küskünlüklər istisna edilmir. Ehtimal ki, gəliriniz olacaq. Ancaq nəzərə alın ki, məsrəflər də artır.
OĞLAQ
Günün birinci yarısı mənasız həyəcanla bağlı olacaq. Vaxtınızın çox hissəsini rəğbətiniz olmayan adamla keçirəcəksiniz və aranızda mübahisə düşəcəyi gözlənilir. Bu gün sözdələşmə imzalamağınız məsləhət deyil. Yaxşı tanımadığınız adamın xidmətlərindən istifadə etməyin. Axşam yarınız xoş sürpriz bəxş edəcək.
DOLÇA
Uğursuz gündür. Maraqlı imkanlarla qarşılaşacaqsınz, amma bundan istifadə etməyəcəksiniz. Çünki vaxtınızı boş söhbətlərə həsr edirsiniz. Tənbəlliklə mübarizə aparmaq, hətta ən fəal “Dolça”lara belə, nəsib olmayacaq. Yalnız günün sonunda situasiya yaxşılaşacaq.
BALIQLAR
Yalnız özünə güvənən “Balıqlar”ın səhv addımlar atacağı ehtimal edilir. Günün çox hissəsini gündəlik qayğılar, problemlərin həlli aparacaq. Bununla belə, ulduzlar istirahətə müəyyən zaman ayırmağı məsləhət görür. Məsləhətə qulaq assanız, həyatınızı yüngülləşdirərsiniz.

Günün ulduz falı (10.03.12)
•