Amerika ordusuna Facebook xəbərdarlığı

Amerika ordusu Facebook, Twitter, Foursquare kimi sosial şəbəkə saytları haqqında xəbərdarlıq yayıb. Xəbərdarlığa görə Facebook isifadəçilərinin paylaşdığı fotolarda onların mövcud olduğu ünvanı işarələyə bilən “Timeline” funksiyası əsgər və əsgər ailələrinin həyatını təhlükə altında qoyur. Facebook, Foursquare, Gowalla kimi sosial media vasitələrində yerləşdirdiyi fotolarda ünvanlarını işarələyən əsgərlərin cinayətkarlara ip ucu vermə ehtimlı diqqətə çatdırılıb. Smartfonların əksəriyyəti GPS kordinatlarıyla fotoları avtomatik olaraq işarələyə bilir. 2007-ci ildə internetdə işarələnmiş fotolardan sonra İraqda 4 ABŞ vertolyotu vurulmuşdu.
azadliq.info