Oğuzda cəbhəçilər təşkilatlanmanı gücləndirir

AXCP sədrinin müavini Gözəl Bayramlı və partiyanın Rəyasət Heyətinin üzvü Iradə Əliyeva AXCP Oğuz rayon şöbəsinin Məclisində iştirak ediblər.
Məclisdə ölkədə hazırkı ictimai-siyasi durum müzakirə olunub. Təşkilati məsələlər ətrafında partiya rəhbərliyilə yerli fəallar arasında fikir mübadiləsi aparılıb. Oğuz şöbəsinin Məclisində təmsil olunanlar dayaq dəstələri üzrə hesabatlar veribllllər. Hesabatlarda müsbət tendensiya əks olunub. Bildirilib ki, gənclərin və keçmiş hərəkat üzvlərinin yenidən AXCP-nin yerli şöbəsi ətrafında təmərküzləşməsi gedir. Bu vəziyyətin ölkədə dəyişikliyə inamın artmasıyla bağlı olduğu vurğulanıb.