Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun mənzili külə dönüb. “Qafqazinfo” xəbər verir ki, martın 9-na keçən gecə Yasamal rayonu, Tağızadə küçəsində yerləşən iki mərtəbəli arxitektor binada yanğın olub. Yanğın qısa zamanda binada olan bir neçə mənzilə keçib. Hadisə yerinə yanğınsönürən maşınlar gəlib. Binada ümumilikdə 218 kvadratmetr sahə yanıb.
Yanan mənzillərdən biri N. İbrahimova məxsus olub.
Nazim İbrahimovun evi yanıb
•