Makkeyn: “Putinin sonu çatıb”

CNN kanalında teleaparıcının suallarına cavab verən ABŞ senatoru Con Makkeyn Putinin sonunun yaxınlaşdığını deyib. “Putinin sayılı günləri qalıb. “Ərəb baharı” artıq Rusiyadadır. Ola bilsin, o, bir müddət də hakimiyyətdə qaldı. Minlərlə etirazçı, minlərlə tənqidi bloq, twitter hesabı Putinin əleyhinədir. Rusiyanın orta təbəqəsi Putinin prezident olması ilə barışmayacaq.” Telejurnalist Makkeynin twitterdə yazdığı “Sürpriz, sürpirz, əziz Vlad, sürpriz, sürpriz. Sən qalib gəldin. Ruslar da ağlayır.” fikrinə Putinin necə reaksiaya verdiyini də soruşub. “Putin artıq reaksiya verir” cavabını verib. Senator “perezaqruzka siyasətinin heç bir nəticə vermədiyini də qeyd edib. “Baxın, onlar hələ də Suriyanı silahlandırmaqda davam edirlər. Bu qəbuledilməzdir.”

azadliq.info