Gənclər 17 mart aksiyasına hazırlaşır

«Polis zorakılığı bizi çəkindirə bilməz»

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-nə planlaşdırılan mitinqi ilə bağlı ciddi hazırlıqlar gedir. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı aksiya ilə bağlı bir neçə gün əvvəl Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etdiklərini, lakin hələ ki, cavab almadıqlarını deyir. Onun sözlərinə görə, AXCP fəallarının bugünlərdə keçirdiyi aksiyada polis zorakılığına məruz qalması bu aksiyaya heç bir halda təsir göstərməyəcək: “Gənclər təşkilatları öz qüvvələrini səfərbər ediblər. Texniki işlər ötən dəfədən hazırdır. Polis zorakılığı bizi çəkindirə bilməz. Heç kim qorxmayıb, geri çəkilməyib. Mübarizəmiz davam edir”.
Xatırladaq ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsində 9 təşkilat – AXCP, Müsavat, ADP və VHP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” təmsil olunur”. Gənclərin aksiyasında siyasi məhbuslara, vican məhbuslarına azadlıq və sərbəst toplaşmaq azadlığının təminatı ilə bağlı şüarlar səsləndiriləcək.

Gültəkin