Xameyni Obamanı təriflədi

“Bütün bunlar gözəl sözlərdir, eyni zamanda bir xəyaldan ayılmaq deməkdir.”

İran dini lideri Ayətullah Əli Xameyni Barak Obamanı “diplomatiya üçün imkan var” sözünə görə tərifləyib. İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə Xameyni İsrail baş naziri Binyamin Netanhyahunun Barak Obama ilə görüşünə şərh verib. Obamanın müharibə çağırışlarından yayınaraq diplomatik danışqlar üçün pəncərə açdığını öyərənən Xameyni deyib: “Eşitdiyimizə görə iki gün əvvəl ABŞ prezidenti müharibə etmək fikrinin olmadığını deyib. Bütün bunlar gözəl sözlərdir, eyni zamanda bir xəyaldan ayılmaq deməkdir.” Amerikanın sanksiyalarla İranı çökdürəcəyi fikrinə münasibət bildirən Xameyni bunu xam xəyal adlandırıb. 33 ildir İranın sanksiyalar altında yaşadığını diqqətə çatdıran Xameyni: “Bu metodlarla İran xalqını islami idarəetmədən ayırmaq istədilər. Ancaq 2 mart seçkilrində onlar İran xalqının İslam rejiminə bağlılığını gördülər.”
azadliq.info