Kreml Suriya kartını açdı

Rusiya Liviyanı Suriya müxalifətinə silahlı dəstək vermək də ittiham etdi

Rusiyanın BMT-dəki nümayəndəsi Vitaliy Çurkin Təhlükəsizlik Şurasında çıxışında Liviyanı suriyalı üsyançılar üçün hərbi təlim keçən mərkəz  yaratmaqda ittiham edib. Bu haqda kəşfiyyat məlumatlarına malik olduqlarını deyib. Bununla Çurkin Rusiya Xarici İşlər Naziri Sergey Lavrovuv keçən həftə “Suriya müxalifəti xarici ölkələr rətərfindən silahlandırılır” sözlərinə aydınlıq gətirib. Lavrovun vətəndaş müharibəsi xəbərdarlığını təkrarlayan Çurkin Liviya silahlarının regionda nəzarətsiz şəkildə yayılmasından da narahat olduğunu  bildirib. Vitaliy Çurkin NATO-dan Liviyada ölən mülki vətəndaşlar üçün təzminat ödənilməsini və üzr istəməsini tələb edib. Liviya baş naziri Abdurrahim Əl Kib Rusiyanın iddialarını rədd edib. Liviyanın baş nazirindən  sonra danışan ABŞ-ın BMT-dəki təmsilçisi Syuzan Rays NATO-un mülki vətəndaşlara zərər vurmamaq üçün çox diqqətli və həssas əməliyyat apardığını qeyd edib. 
azadliq.info