QOÇ
Gün həyat eşqinin sürətlə yüksəlməsilə bağlıdır. Ancaq bu, günün birinci yarısında xoşagəlməz hadisələrin baş verməsinə səbəb olacaq. Yəni, nəyisə sındıracağınız, dağıdacağınız ehtimal olunur. Getdikcə işlər qaydasına düşəcək. Idmanla məşğul olmaq, səyahətə çıxmaq üçün əlverişli gündür. Ən yaxın adamınız uzun müddətdən bəri gözlədiyiniz etirafı edəcək.
BUĞA
Gün bir sıra xoşagəlməz anlar yaşadacaq. Günün birinci yarısında daha gərgin və səbrsiz olacaqsınız. Yalnız səmimi sevən kəslər sizin əhvalınızı dəyişə bilər. Ancaq arada pozitiv tendensiyalar da cərəyan edəcək. Bunun sayəsində günün ikinci yarısında əməkdaşlıq üçün sizə yardım edəcək şəxsi asanlıqla tapacaqsınız. Axşam romantik görüş vəd edir.
ƏKIZLƏR
Ciddi probleminiz olmayacaq. Yeni işlərə başlaya bilərsiniz. Bu, sizdə səhvsiz və asan alınacaq. Günün birinci yarısı maraqlı və xoş görüş, xoş xəbər vəd edir. Axşam saatlarını isə yorucu, qayğılı işlərə həsr edəcəksiniz. Sizin üçün maraqlı olmayan işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız.
XƏRÇƏNG
Gün elə də pis olmayacaq, amma buna baxmayaraq, bəzi “Xərçəng”lər ulduzların onlardan üz döndərdiyini düşünür. Bütün problemlərin qaynağı xırda məsələlərdədir. Siz uğursuzluğa fəlsəfi yanaşmaq istəsəniz də, bu, sizdə alınmayacaq. Əlinizə götürdüyünüz işi tamamlasanız, situasiyanı dəyişə bilərsiniz. Ailədə bir sıra problemlər baş qaldıracaq. Ehtimal ki, yaşlı nəslin nümayəndəsilə sözünüz çəp düşəcək.
ŞIR
Ünsiyyət baxımından çətin gündür. Ətrafdakıların rəftarı sizi qane etməyəcək, həmçinin sizin davranışlarınız da onların xoşuna gəlməyəcək. Gün daha çox xeyriyyə işlərinin reallaşdırılması baxımından məhsuldardır. Bu sahədə gücünüzə, pulunuza və vaxtınıza qənaət etmirsiniz. Gələcək planlarınızda düzəlişlər etməyə vadar edən bir sıra faktorları araşdıracaqsınız.
QIZ
Gün xoş emosional mənzərə ilə açılacaq. Hətta çətinliklər olsa belə, siz yaxşı əhvalınızı itirməyəcəksiniz. Düşmənləriniz qarşınızda nə qədər çox sipər çəkməyə çalışsa da, zəhmətləri hədər gedəcək. Gün romantik səyahətə çıxmaq üçün uğurludur. Ailəli “Qız”lar yaxınlarının əhatəsində günlərini maraqlı keçkirəcək.
TƏRƏZI
Yeni, qeyri-adi təəssüratlara ehtiyacınız var. Bu səbəbdən də bəzən ağılla hərəkət etməkdənsə, artıq riskə gedirsiniz. Təəssüf ki, bu, ciddi problem yarada bilər. Intellektual bacarığınızdan səmərəli istifadə edəcəksiniz. Bu xüsusiyyətiniz yaxınlarınızı sevindirəcək, əks cinsin nümayəndələrini cəlb edəcək.
ƏQRƏB
Uğurlu gündür. Siz tapdanmış izlərlə getməkdən imtina edərək öz cığırınızı açmaq fikrinə düşəcəksiniz. Bu yol məqsədə çatmaq üçün daha qısa və asan görünəcək. Istənilən qəbildən olan görüşləri bu günə təyin edə bilərsiniz. Özünüzü əla hiss edəcəksiniz və yaxşı görünəcəksiniz.
OXATAN
Bu gününüz çox uğurlu hesab edilir. Enerjili və güclü olacaqsınız. Əgər hansısa səbəbdən işlər düz gətirməsə, siz situasiyanı doğru yola istiqamətləndirməyi bacaracaqsınız. Xoş sürprizlər də istisna deyil. Köhnə əlaqələri bərpa etmək kimi şansınız da olacaq.
OĞLAQ
Kifayət qədər çətin gündür. Hisslərinizi cilovlaya bilməyəcəksiniz, bu da mübahisəyə səbəb olacaq. Bir sözlə, sizi sevənin qəlbinə dəyəcəksiniz. Sizə mənasız, boş məsələyə görə narahatlıq keçirdiyinizi deyən olarsa, buna inanmayacaqsınız. Halbuki, bu həqiqətən də belədir.
DOLÇA
Başlanğıcda siz heç kimin diqqətini çəkməyən məsələlərə kəskin reaksiya verəcəksiniz. Sonradan anlayacaqsınız ki, sakitləşmək vacibdir. Düzəlməsi mümkün olmayan kimi görünən problemlər günün ortalarında öz həllini tapacaq. Xoş xəbər eşidəcəksiniz. Gün həm də romantik görüş üçün münasibdir.
BALIQLAR
Ulduzlar dünənki kimi sizin tərəfinizdədir. Yaradıcı və enerjilisiniz deyə, çətin tapşırıqlar sizi qorxutmayacaq. Gününüzü maraqlı keçirəcəksiniz. Yaxınlarınız sizi sevindirməyə çalışacaq və bu, onlarda alınacaq. Xoş sürpriz istisna deyil. Həmçinin gözləmədiyiniz, amma gəlişinə sevindiyiniz qonağınız da ola bilər.

Günün ulduz falı (08.03.12)
•