Çin Rusiyadan 4 milyard dollarlıq qırıcı alır

Rusiya isə qırıcıların “kitayski” variantının hazırlanmayacağına təminat istəyir

Rusiya mediası Çinin Moskva ilə 48 yeni tipli qırıcı təyyarə almaq barədə razılığa nail olmaq ərəsəfində olduğunu bildirir. Gündəlik “Komersant” qəzetinin Rusiya rəsmilərinə istinadən bildirdiyinə görə, 4 milyard dollarlıq razılığın maliyyə məsələri artıq həll edilib. İmzalanarsa bu, iki ölkə arasında son on ildə ən böyük silah sazişi olacaq.
Lakin məlumatda deyilir ki, razılıq Pekinin alınacaq təyyarələrin dizaynına əsasən Çin təyyarələri istehsal edib, digər ölkələrə ucuz qiymətə satılmayacağına təminat verməsi məsələsinə görə geçikdirilir (“Amerikanın səsi”).