Çempionlar Liqasında görünməmiş qol yağışı (VİDEO)

Barselona Bayeri böyük hesabla məğlub etdi; Messi yeni rekorda imza atdı

Avropa Çempionlar liqasının 1/8 final mərhələsi çərçivəsində Leverkuzenin Bayer komandasın qəbul edən Barselona 7-1 hesablı qələbə qazanıbAlmaniyada keçirilən ilk oyunda Barselona 3-1 hesabı ilə qalib gəlmişdi. Nou Campda katalonlar meydanı Bayer Leverkuzenə dar etdi.
8 qolun atıldığı matçın ulduzu isə 5 qola birdən imza atan Messi oldu. Super ulduz, 25, 43, 49, 58 və 84-cü dəqiqələrdə atdığı qollarla həm gecəyə, həm də Çempionlar liqası tarixinə damğasını vurdu. Argentinalı ulduz, atdığı 5 qolla Çempionlar liqası tarixinin bir matçda ən çox qol vuran oyunçu oldu.
Barcelonanın digər 2 qolu isə 21 yaşındakı gənc istedad Kristian Tellodan gəldi. İspan oyunçu ilk dəfə forma geydiyi Çempionlar liqasında oyuna girən kimi 10 dəqiqə içərisində 2 qol vurdu. 53 dəqiqədə oyuna daxil olan Tello 55 və 62 dəqiqələrdə Bayerin qapısından iki qol keçirdi.
Bayer Leverkuzenin yeganə qolu isə 90 dəqiqədə Bellarabiden gəldi.