
Xəzər dənizində Azərbaycanın “Avesta” şirkətinin “Khazar Islands” şəhərində inşa edəcəyi 1050 metrlik “Azərbaycan Qülləsi” bina kompleksi 2 milyard ABŞ dollarına başa gələcək.
Bu barədə “Khazar Islands”ın satış və marketinq direktoru Kənan Quluzadə məlumat verib. Onun sözlərinə görə, memarlıq layihəsi artıq hazır olan binanın konstruksiya hissəsini ABŞ, Böyük Britaniya və Niderland şirkətləri birgə hazırlayacaqlar.
Layihəyə əsasən, ümumi sahəsi 1 milyon kvadratmetr olacaq binada mənzil, hotel və ofis sahələri nəzərdə tutulub (ans press).


