Martın 7-də Azərbaycan Ziyalılar Forumu RATİ-nin ofisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib.
Tədbirdə forumun öncülləri – politoloq Eldar Namazov, yazıçı Əkrəm Əylisli, alim Rafiq Əliyev, jurnalist Mehman Əliyev, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, yazar Mehriban Vəzir, Müsavat Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü və media nümayəndələri iştirak edib.
Yığıncaqda xanımlar bayram münasibəti ilə təbrik edilib. Azərbaycan qadınlarının cəmiyyətdə, siyasətdə, ictimai-siyasi həyatda rolu qeyd olunub (media forum).
Ziyalılar Forumundan 8 mart tədbiri
•


