Azər Rzayevin həbs edildiyi haqda xəbəri DİN rəsmisi təkzib edir
Quba rayon polis rəisinin müavini Azər Rzayevin həbs edildiyi xəbəri yayılıb. “Paralel” qəzetinin yaydığı xəbərə görə, rəis müavini dünən axşam saatlarında gözlənilmədən həbs edilib. Onun Qubada baş vermiş üsyanda təşkilatçılıq etdiyi əsas göstərilir.
Qubadakı mənbələrdən isə “Azadlıq”a məlum olub ki, Azər Rzayev dünən polis rəisinin müavini vəzifəsində azad edilib. Onun həbs olunduğu haqda dəqiqləşməmiş məlumatlar rayonda da dolaşır.
Azər Rzayev Qubanın Rauf Həbibovdan əvvəlki icra başçısının kürəkənidir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şəbə rəisi Orxan Mansurzadə rəis müavini Azər Rzayevin işdən çıxarıldığını “Azadlıq” radiosuna təsdiqləyib. Mənsurzadə bildirib ki, Rzayev nazir Usubovun əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
O, rəis müavininin Quba hadisələrinin təşkilatçılığında günahlandırılaraq həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.


