Devrilmiş icra başçısı ölkədən gedib

Martın 1-də Qubadakı xalq etirazlarından sonra istefaya göndərilən bu rayonun keçmiş icra başçısı Rauf Həbibov ölkəni tərk edib. Bu barədə “gunxeber.com” R.Həbibova yaxın çevrələrə istinadla məlumat yayıb. Saytın xəbərinə görə, mənbə bildirib ki, Qubadakı xalq etirazları dalğasında evinin yandırılmasından və istefaya göndərilməsindən depresiyaya düşən R.Həbibov iki gün öncə Azərbaycanı tərk edib. Sabiq icra başçısı Britaniyaya, övladlarının yanına yollanıb.
R.Həbibovun qızı və oğlu bu ölkədə təhsil alır. Mənbə bildirib ki, R.Həbibov heç də ölkədən qaçmayıb. Sadəcə depressiyadan çıxmaq üçün bir müddət Britaniyada qalmağı planlaşdırılır.