Həmas: “İsrail İranla müharibəyə başlayarsa, bitərəf qalacağıq”

“Hələ də işğalın və blokadanın əziyyətini çəkirik.”
Həmas təşkilatı mətbuata verdiyi açıqlamada  İsrailin İranla müharibəyə başlayacağı təqdirdə Həmasın İrana dəstək verəcəyi xəbərini rədd edib. Bu xəbər İsrail mətbuatında yayılmışdı. Həmasın Qəzza liderlərindən Mahmud Zahar  BBC-ə verdiyi müsahibədə deyib: “Heç bir siyasi qütbün tərkib hissəsi deyilik. İsrail bizə hücum edərsə, qarşılıq verərik. Amma heç bir regional münaqişədə  iştirak  etməyəcəyik. Gücümüzü şişirtməyin. Hələ də işğalın və blokadanın əziyyətini çəkirik. ” 
azadliq.info