Martın 6-da vəkil Əlayif Həsənov AXCP-dən olan vicdan məhbusu Şahin Həsənli ilə görüşüb.
Vəkilin sözlərinə görə, hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Ş.Həsənlinin səhhətində bir müddət əvvəl yaranan problemlər tədricən aradan qalxmaqdadır. Qarşıda Ş.Həsənlinin Ali Məhkəmədə kasassasiya şikayətinə baxışının gözlənildiyini deyən Ə.Həsənov bildirdi ki, bundan başqa Ş.Həsənlinin vaxtından əvvəl cəzasından azad edilməsi ilə bağlı məhkəməyə ərizə verilməsi də nəzərdə tutulub.
İnformasiya şöbəsi