Vəkil Fəxrəddin Mehdiyev 2 aprel məhbusları Məhəmməd Məcidli və Babək Həsənovla görüşmək üçün Penitensiar Xidmətə məktub təqdim edəcək. Martın 6-da “Media forum” saytına danışan Fəxrəddin Mehdiyev bildirib ki, məhbusların 16 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülərkən fiziki zorakılığa məruz qalması haqqında dəqiq məlumatı yoxdur: “Yalnız onlarla görüşdən sonra məsələ aydınlaşacaq”.
2011-ci il aprelin 2-də müxalifətin Bakıda keçirdiyi etiraz aksiyasına görə tutulan Babək Həsənov 1 il 6 ay, Məhəmməd Məcidli isə 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Martın 4-də Məhəmməd Məcidli və Babək Həsənov 16 saylı Cəzaçəkmə Müəssisəsindən 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mətbuat köçürülmə zamanı onların fiziki zorakılığa məruz qaldığını yazır.


