Qırğızıstanın sabiq prezidneti, hazırda Minskdə yaşayayan Kurmanbek Bakiyevin qardaşı həbsxanadan qaçıb.
Teleqraf.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Axmat Bakiyev səhətindəki problemlərlə əlaqədar bu ilin yanvar ayında müalicə müəssisəsinə yerləşdirilibmiş. Martın 3-də həbsxanaya qayıtmalı olan Bakiyev müalicə müəssisəsindən qaçıb.
2011-ci ildən həbsdə olan A.Bakiyev 11 maddə üzrə ittiham olunub. Bu sırada dələduzluq, hədəqorxu gəlməklə tələbetmə kimi ittihamlar da yer alıb.
Qırğızıstanın Cəzaların İcrası Xidmətindən faktı təsdiqləyiblər.